STEAM GROUP
GÜNEY AZƏRBAYCAN TRACTOR CLUB TRAKTORKULUP
STEAM GROUP
GÜNEY AZƏRBAYCAN TRACTOR CLUB TRAKTORKULUP
0
IN-GAME
1
ONLINE
Founded
23 January, 2020
Location
Azerbaijan 
ABOUT GÜNEY AZƏRBAYCAN TRACTOR CLUB

YAŞA TİRƏXTUR

Traktor Futbol Klubu, həmçinin Tirəxtur və ya Tıraxtur — İranın Təbriz şəhərinin İran milli futbol çempionatıda iştirak edən futbol komandası. Klubun sponsoru Təbrizin ən böyük zavodlarından biri olan Traktor zavodudur. Bu klub öz tarixində Kərim Baqiri, Sirus Din Məhəmmədi, Hüseyn Xətibi, Rəsul Xətibi və s. kimi məşhur futbolçular yetişdirmişdir.

Komanda 1970-ci ildə yaradılmışdır. Traktor 1975-ci ildə İranın Təxticəmşid adlı birinci divizion çempionatına yüksəldi. Həmin il 16 klub arasında 16-cı yeri tutur və ikinci diviziona düşür. Ancaq Traktor kulubu 1977-ci ildə yenə birinci diviziona yüksələ bilir və 5-ci yeri tutur. Traktor 1978/79 mövsümündə də TəxtiCəmşid çempionatında hazır idi və İran islam inqilabı baş verən zamanadək 9-cu yeri tuturdu. 1978-ci ildə İranın Federasiya çempionatında ilk dəfə bu yarışmalar keçirilirdi- ikinci yeri qazandı.

İran islam inqilabı və İran-İraq müharibəsi səbəbi ilə 1979-cu ildən 1988-ci ilədək iran futbol liqası bağlandı və təkcə əyalət çempionatları keçirilirdi və Traktor Təbriz liqasında oynayırdı. Bu dövrün son illərində Rumıniyalı məşqçi Vasili Qoca klubun baş məşqçisi təyin olunur. Vasili Qoca Traktor komandasında köklü və əsasi işlər gördü və bu klubun təməl kumandalarına nəzarət etdi. Həmin işlər Traktordə böyük dəyişiklərə və uğurlu nailiyyətlərə səbəb oldu. Traktor 1992-ci ildə İrannın Azadeqan adlı birinci divizionunda 3-cü oldu. Bu isə Traktornin İran‘ın birnici divizionunda ən yaxşı nəticəsidir. 1994-cü ildə isə bir daha İrannın Federasiya çempionatında(cami-hazfi) ikinci yeri qazandı. Klub 2000/01 mövsümündə Azadeqan liqasında sonuncu oldu. Ancaq 2001/02 mövsümünda İranın yüksək liqasının təməli qoyuldu və Traktor də bu çempionataya qatıldı. Amma yenə də sonuncu olaraq aşağı liqaya düşdü. Traktor 7 il birinci divizionda qaldı və yüksək liqaya yüksələ bilmədi. Sonunda 2008/09 mövsümündə Fəraz Kəmalvəndin baş məşqçiliyi ilə Traktor İranın Xəlice-Fars adlı yüksək liqasının vəsiqəsini əldə etdi və yüksək liqaya qayıtdı.

Yaşa, yaşa Tiraxtur,
Daim yaşa, Tiraxtur!

Yurdumuzun iftixarısan,
Azər elinin qəhrəmanısan.

Yellər yatar, tufan yatar
Yatmaz Tiraxtur bayrağı.

Sök dağları, at qolları,
Arxandayıq biz Tiraxtur.

Sən canımız, sən eşqimiz,
Al qanımızsan Tiraxtur.
POPULAR DISCUSSIONS
VIEW ALL (5)
GROUP MEMBERS
Administrators
Members
0
IN-GAME
1
ONLINE
0 IN CHAT
Enter chat room
Founded
23 January, 2020
Location
Azerbaijan